Bank Of Baku

“İdeal” qəzetinin baş redaktoru həbs olunub

“İdeal” qəzetinin baş redaktoru həbs olunub
# 14 noyabr 2008 15:55 (UTC +04:00)
Bu barədə APA-ya “Qarabağın Həcəri” kimi tanınan Səbirə Mahmudova məlumat verib. S. Mahmudovanın sözlərinə görə, bu gün Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə onun iddiası əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə “İdeal” qəzetinin baş redaktoru Ə. Həsənovun barəsində 6 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb və o, məhkəmə zalından həbs edilib.

“İdeal” qəzetindən isə APA-ya Ə. Həsənovun haqsız yerə həbs edildiyini, bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklərini bildiriblər.

Qeyd edək ki, Ə. Həsənov Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR