Bank Of Baku

Kürdəmir sakinini Bakıda soyublar

Kürdəmir sakinini Bakıda soyublar
# 15 noyabr 2008 11:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Kürdəmir sakini Bakıda qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın 28 May küçəsində baş verib. Kürdəmir rayon sakini, 1971-ci il təvəllüdlü İlyas İsrafil oğlu Alməmmədov naməlum şəxslərin basqısına məruz qalıb. 3 naməlum şəxs İ. Alməmmədovu bıçaqla hədələyərək onun 500 manatını və mobil telefonunu alaraq hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin iştirakçılarından biri, Mingəçevir şəhər sakini, 1972-ci il təvəllüdlü Cavid Cabbar oğlu Vəliyev tutulub.

Hazırda polis əməkdaşları digər şəxslərin tapılması isdtiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR