Bank Of Baku

Bərdədə bir qrup şəxs etiraz aksiyası keçirib

Bərdədə bir qrup şəxs etiraz aksiyası keçirib
# 15 noyabr 2008 12:07 (UTC +04:00)
Bakı. Teymur Zahidoğlu – APA. Bu gün saat 13:00 radələrində Bərdədə, Tərtər çayının sahilində yerləşən “Köhnə bazar”da ticarətlə məşğul olan bir qrup şəxs etiraz aksiyası keçirib. APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, aksiya iştirakçıları bazarın sökülməsinə etiraz ediblər. Onlar yeni istifadəyə verilən “Bərdə” Ticarət Mərkəzində çalışmaq niyyətində olmadıqlarını bildiriblər. Piketçilər şəhərin mərkəzi avtomobil yolunu da kəsiblər. Rayon polisinin müdaxiləsi ilə aksiya iştirakçıları avtomobil yolundan kənarlaşdırılıblar. Aksiya zamanı saxlanılan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR