Bank Of Baku

“GEN” MMC ilə bağlı Azərbaycan paytaxtında daha bir iş adamı həbs olunub

“GEN” MMC ilə bağlı Azərbaycan paytaxtında daha bir iş adamı həbs olunub
# 15 noyabr 2008 12:50 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, 1962-ci il təvəllüdlü Asif Meyli oğlu Ələmov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, 2006-cı ildə Bakı şəhərində “GEN” MMC-nin direktoru Elbrus Əliyevlə əlbir olaraq 40-dan çox vətəndaşın ev tikmək adı ilə 240 850 manatını mənimsəməkdə günahlandırılır. E. Əliyev həbs edildikdən sonra A. Ələmovun da bu cinayət əməlində iştirak etdiyi məlum olub.

BŞBPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Ələmov ötən gün paytaxtda saxlanılıb. Hazırda BŞBPİ-nin istintaq şöbəsində onun barəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “GEN” MMC-nin direktoru E. Əliyev də hazırda həbsdədir. O, vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur. Onunla əlbir olaraq, vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə günahlandırılan daha bir neçə nəfər də həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR