Bank Of Baku

Qaxda məcburi köçkün məcburi köçkünü qətlə yetirib

Qaxda məcburi köçkün məcburi köçkünü qətlə yetirib
# 15 noyabr 2008 13:32 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qax rayonunda məskunlaşmış məcburi köçkünlər arasında noyabrın 14-də bıçaqlaşma hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax rayonu Tandıq kəndində məskunlaşmış Laçın sakini, 1974-cü il təvəllüdlü Niftəliyev Alı Mehralı oğlu qonşusu, Ağdərə sakini, 1984-cü il təvəllüdlü Fərzəliyev Firdovsi Mətləb oğluna çoxsaylı bıçaq zərbələri vurub. A. Niftəliyev hadisəni törətdikdən sonra qaçıb, F. Fərzəliyev isə ağır vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, F. Fərzəliyevi xilas etmək mümkün olmayıb, o bu gün xəstəxanada dünyasını dəyişib. A. Niftəliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri isə davam etdirilir.

İlkin ehtimallara görə, qonşular arasında münaqişə torpaq sahəsi üstündə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR