Bank Of Baku

Lənkəranda yanğın baş verib

Lənkəranda yanğın  baş verib
# 17 noyabr 2008 08:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda güclü yanğın baş verib. Yanğın nəticəsində 5 otaqdan ibarət ikimərtəbəli yaşayış evinin 2 otağı tamamilə yanaraq külə dönüb, ev sahibi xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) rəis müavini Saleh Ağayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Digah kənd sakini, 1942-ci il təvəllüdlü Təbriz Rza oğlu Cəfərova məxsus yaşayış evində baş verib. Lənkəran DYMN-nin 2 yanğınsöndürən maşınının yanğını vaxtında söndürməsi ilə güclü alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə 5 otaqdan ibarət evin 2 otağı yanaraq sıradan çıxıb, 3 otaq isə qismən yanıb. Yanğın nəticəsində xəsarət alan ev sahibi Təbriz Cəfərova Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən yardım göstərilib. Məlumata görə, evin yanmasına qaz balonunun partlaması səbəb olub. Faktla bağlı Lənkəran DYMH-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR