Bank Of Baku

Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib

Azərbaycan paytaxtında dəhşətli qətl hadisəsi baş verib
# 17 noyabr 2008 08:34 (UTC +04:00)
Qəsəbə sakini, Füzuli rayonundan məcburi köçkün, 1972-ci il təvəllüdlü Rafael Cəbi oğlu Mahmudov həyat yoldaşı, 1974-cü il təvəllüdlü Esmira Müseyib qızı Mahmudovanı bıçaqlayıb. E. Mahmudova aldığı çoxlu sayda bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Hadisəni törədən R. Mahmudov Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində artıq saxlanılıb. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR