Bank Of Baku

Salyan sakini yol qəzasında ölüb

Salyan sakini yol qəzasında ölüb
# 17 noyabr 2008 08:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Şərur sakini idarə etdiyi “KamAz” markalı avtomaşınla piyadanı vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı şosesində baş verib. 1968-ci il təvəllüdlü Xaliq İskəndər oğlu Abdullayev idarə etdiyi “KamAz” markalı, 20 CH 780 dövlət nömrə nişanlı yük maşını ilə yol kənarında duran, Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Hüseyn Ələmdar oğlu Həsənovu vurub. H. Həsənov aldığı ağır bədən xəsarətindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR