Bank Of Baku

Azərbaycan paytaxtında Türkiyə vətəndaşının evi qarət olunub

Azərbaycan paytaxtında Türkiyə vətəndaşının evi qarət olunub
# 17 noyabr 2008 09:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda Türkiyə vətəndaşının evi qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü İsmayıl Cetlakoğlu Çetin Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci polis bölməsinə ərizə ilə müraciət edərək yaşadığı evin qarət edilməsi barədə məlumat verib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1984-cü il təvəllüdlü Sevinc Cavanşir qızı Hüseynova saxlanılıb. S. Hüseynova ilkin dindirilmə zamanı törətdiyi oğurluq əməlini etiraf edib. Faktla bağlı Nəsimi RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR