Bank Of Baku

Azərbaycan paytaxtında iş adamı həbs olunub

Azərbaycan paytaxtında iş adamı həbs olunub
# 17 noyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında vergidən yayınan sahibkar həbs edilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1955-ci il təvəllüdlü Qəhrəman Məhəmməd oğlu Cəfərov Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Suraxanı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Q. Cəfərovun uzun müddət vergidən yayındığı və qanunsuz əməllərinin olduğu bildirilir. Suraxanı Rayon Polis İdarəsində açılmış cinayət işi ilə əlaqədar Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Q. Cəfərov həbs edilib.

Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR