Bank Of Baku

Sabunçuda mal-qara oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri tutulub

Sabunçuda mal-qara oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən dəstə üzvləri tutulub
# 17 noyabr 2008 09:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sabunçu rayonunda mal-qara oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə yerli sakinlər tərəfindən iri və xırda buynuzlu mal-qaranın oğurlanması barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törədən 3 nəfərdən ibarət qrup üzvləri – 1984-cü il təvəllüdlü Mahir Hüseynov, İdris Əhmədov və 1988-ci il təvəllüdlü Məmməd Kazımov saxlanılıblar. Onlar ilkin dindirilmə zamanı rayon ərazisində başqa-başqa vaxtlarda bir neçə oğurluq əməli törətdiklərini etiraf ediblər. Sabunçu RPİ-nin istintaq şöbəsində onların barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR