Bank Of Baku

Bakıda iki avtomobilin toqquşması nəticəsində piyada ölüb

Bakıda iki avtomobilin toqquşması nəticəsində piyada ölüb
# 17 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıdakı Tiflis prospektində iki maşının toqquşması piyadanın ölümü ilə nəticələnib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Hüsnəli Əsgərovun idarə etdiyi “Mercedes” markalı, 10 VO 519 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1988-ci il təvəllüdlü Rza Məmmədzadənin idarə etdiyi eyni markalı, 10 OV 893 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində T. Məmmədzadənin idarə etdiyi avtomobil yolun kənarında dayanan, 1954-cü il təvəllüdlü Rasim Səlim oğlu Bayramovu vuraraq bina tikilmək üçün qazılmış çalaya salıb. Zərərçəkən aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR