Bank Of Baku

Bakıda təbii qaz sızmasından mağazada və evdə partlayış baş verib

Bakıda təbii qaz sızmasından mağazada və evdə partlayış baş verib
# 17 noyabr 2008 10:47 (UTC +04:00)
Bakı-APA. Noyabrın 16-da saat 02.00 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsində Bakı şəhər sakini Fazil Rüstəmova məxsus mağazada təbii qazın sızmasından partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb, mağazanın pəncərə şüşələri sınıb. Həmin gün saat 08.20 radələrində Nəsimi rayonundakı 2-ci mikrorayon Seyidzadə küçəsində yaşayan Rövşən Nuriyevin evində təbii qazın sızmasından baş verən partlayış nəticəsində isə xəsarət alan olub. Xəsarət alan R. Nuriyev xəstəxanaya yerləşdirilib. Evin pəncərə və qapı çərçivələri dağılıb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR