Bank Of Baku

Bakıda baş verən yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakıda baş verən yol qəzalarında 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 17 noyabr 2008 10:54 (UTC +04:00)
Bakı-APA. Dünən saat 23.30 radələrində Yeni Suraxanı qəsəbəsində, Şüvəlan qəsəbə sakini Ramil Qarayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə onun sərnişinlərindən Mərdəkan qəsəbə sakini Füzuli Feyzullayev hadisə yerində ölüb, xəsarət alan R. Qarayev və Mərdəkan qəsəbə sakini Xətai Mehdiyev isə xəstəxanaya yerləşdiriliblər. Həmin gün saat 23.00 radələrində isə Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər sakini Orxan Quliyev "VAZ-21099" markalı avtomaşını idarə edərkən Saatlı rayon sakini Yalçın Rzayevi vurub və hadisə yerindən qaçıb. Nəticədə Y. Rzayev hadisə yerində dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR