Bank Of Baku

Özünü İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub

Özünü İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı kimi təqdim edərək  vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub
# 17 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında fəaliyyət göstərən “Bərəkət-AN” İctimai Birliyinin təsisçisi və rəhbəri həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, birliyin rəhbəri, 1975-ci il təvəllüdlü Anar Gülşad oğlu Abbasov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. Məlumata görə, o, 2006-2008-ci illərdə özünü İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı kimi təqdim edərək biznes qurmaq adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilir. BŞBPİ-nə daxil olan şikayətlər əsasında A. Abbasovun həbs edilməsi barədə sanksiya verilib. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A. Abbasov tutularaq BŞBPİ-nin istintaq şöbəsinə təhvil verilib. Hazırda onun barəsində açılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR