Bank Of Baku

Füzuli istiqamətində şəhid olan Azərbaycan əsgərinin meyiti erməni mövqelərinə yaxın ərazidə qalıb

Füzuli istiqamətində şəhid olan Azərbaycan əsgərinin meyiti erməni mövqelərinə yaxın ərazidə qalıb
# 17 noyabr 2008 12:57 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. E. Sabiroğlu deyib ki, atəşkəs pozulan anda döyüş növbəsi çəkən əsgər Şəmilov Orxan Fərhad oğlu düşməni susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam edəndən sonra əsgər atəş aça-aça düşmənə doğru irəliləyib: “Bu zaman o, düşmənin iki əsgərini məhv edib, sonda isə özü həlak olub”.

E. Sabiroğlu deyib ki, əldə olunan məlumata görə, düşmən öz hərbçilərinin meyitini aparsa da, O. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb: “İndi Müdafiə Nazirliyi əsgərimizin meyitini götürmək üçün tədbirlər görür”.

Qeyd edək ki, O. Şəmilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR