Bank Of Baku

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları” adlı toplu nəşr olunacaq

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları” adlı toplu nəşr olunacaq
# 18 noyabr 2008 07:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları” adlı toplu, 500 səhifə, 1500 tirajla Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən nəşrə hazırlanıb. Bu barədə APA-ya AHK-nin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Avropa Məhkəməsinin qərarlarının dərci məhkəmələrin və hakimlərin fəaliyyətində məhkəmənin təcrübəsinin daha səmərəli şəkildə öyrənilməsi, təbliği və təcrübədə istifadə olunmasının təmin edilməsinə dəstəkdir. Toplu 2007-ci və 2008-ci illəri əhatə edən 130 - dan çox qərarı özündə əks etdirir. Qeyd olunub ki, toplu Prezident Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun ön sözləri ilə nəşr olunacaq. Toplunun redaktoru İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, AHK-nin İdarə Heyətinin üzvü Çingiz Əsgərov, nəşrə məsul şəxs isə AHK-nin baş katibi Nadir Adilovdur.
Nəşrin 10 dekabr İnsan Hüquqları günü münasibəti ilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Toplu geniş hüquq ictimaiyyəti arasında pulsuz yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR