Bank Of Baku

Azərbaycan paytaxtında vətəndaşların 433 min 400 ABŞ dollarını mənimsəyən şirkət rəhbəri saxlanılıb

Azərbaycan paytaxtında vətəndaşların 433 min 400 ABŞ dollarını mənimsəyən şirkət rəhbəri saxlanılıb
# 18 noyabr 2008 08:10 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, şirkətin prezidenti Sevda Xəlilova və Musa Xəlilov və Nurlana adlı əməkdaşları vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinirlər.

Məlumatda bildirilir ki, şirkətin rəhbəri və əməkdaşları humanitar yardım təşkilatı yaratmaq adı ilə 11 vətəndaşın 433 min 400 ABŞ dolları məbləğində pulunu mənimsəyiblər. Yasamal rayon Polis İdarəsinə zərərçəkən vətəndaşlar tərəfindən daxil olan şikayətlər əsasında 27-ci Polis Bölməsi əməkdaşları hər üç şəxsi saxlayıblar.

Hazırda faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR