Bank Of Baku

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobil qaçırılıb

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobil qaçırılıb
# 18 noyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə məxsus avtomobil qaçırılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Əbilov küçəsində qeydə alınıb. Adıçəkilən ünvanda yaşayan, “Azəriqaz” QSC-nin əməkdaşı, Anar İbrahim oğlu Nağıyevin idarə etdiyi, “VAZ-2106” markalı, 10 AR 128 dövlət nömrə nişanlı, QSC-nə məxsus maşınının qaçırılması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xızı rayonu ərazisində aşkarlanıb. Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Gülağa Quliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR