Bank Of Baku

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 18 noyabr 2008 08:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda Neft Kəmərləri İdarəsinə məxsus avtomobil Fizuli sakinini vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata hadisə ötən gecə Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Mehman Eynullayev idarə etdiyi, Neft Kəmərləri İdarəsinə məxsus “Mitsubishi” markalı, 90 AK 676 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, Fizuli rayon sakini, 1949-ciu il təvəllüdlü Səməd Səfiyar oğlu Şəfiyevi vurub. S. Şəfiyev aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR