Bank Of Baku

Nijni-Novqorodda Azərbaycan vətəndaşına işgəncə verən milis əməkdaşı haqqında cinayət işi başlanıb

Nijni-Novqorodda Azərbaycan vətəndaşına işgəncə verən milis əməkdaşı haqqında cinayət işi başlanıb
# 18 noyabr 2008 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin istintaq idarəsi tərəfindən başlanmış cinayət işinin araşdırması zamanı miqrasiya məsələləri ilə bağlı Nijeqorod daxili işlər idarəsinin növbətçi hissəsinə gətirilən Azərbaycan vətəndaşı Emil Dadaşova işgəncə verilməsi faktı aşkarlanıb. Dindirmə zamanı milis əməkdaşı Emil Dadaşova bir necə zərbə endirib və elektrik çubuğu ilə işgəncə verib. Nijeqorod İşgəncələrə Qarşı Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşı faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun müraciətinə əhəmiyyət verən olmayıb. Bir neçə instansiyaya müraciət edən soydaşımız nəhayət ki, faktla bağlı cinayət işi başlanmasına nail olub. Soydaşımıza qarşı güc tətbiq edən milis əməkdaşı sərəncama göndərilib, faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR