Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda 17 min 677 cinayət hadisəsi qeydə alınıb

Yanvar-oktyabr aylarında Azərbaycanda 17 min 677 cinayət hadisəsi qeydə alınıb
# 18 noyabr 2008 13:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 17 min 677 cinayət hadisəsi qeydə alınıb. Dövlət Statistika Komitəsindən APA-ya bildiriblər ki, ölkədə əhalinin hər 100 min nəfərinə 203 cinayət hadisəsi düşür. Törədilən cinayətlər nəticəsində 9249 nəfər xəsarət alıb, onların 57%-i kişi, 43%-i isə qadındır. Qeydə alınan cinayətlərin ümumi sayından 1922-si və ya 11%-i xüsusilə ağır və ağır xarakterli cinayətlərdir.

Əməliyyat-istintaq tədbirləri nəticəsində cari ildə qeydə alınan cinayətlərin 71%-nin üstü açılıb. Açılan cinayətlərin 13%-ni əvvəllər cinayət törətmiş şəxslər, 12%-i bir qrup şəxs, 4%-i sərxoş vəziyyətdə olan şəxslər tərəfindən, 3%-i isə 14-17 yaşlı uşaqlar və ya onların iştirakı ilə törədilib.
Cari ilin yanvar-oktyabr aylarında aşkar edilən 14751 nəfər hüquq pozucusunun 77 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. Hüquq pozucularının 82%-i əmək qabiliyyətli yaşda olub heç yerdə oxumayan və işləməyənlər, 14%-i qadınlar, 9%-i əvvəllər cinayət törətmiş şəxslər, 3%-i 14-17 yaşlı uşaqlar, 2%-i isə xarici ölkə vətəndaşları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR