Bank Of Baku

Azərbaycan paytaxtında Gəncə sakini xalasını qətlə yetirib

Azərbaycan paytaxtında Gəncə sakini xalasını qətlə yetirib
# 18 noyabr 2008 14:14 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhərində yaşayan Gəncə sakini 70 yaşlı xalasını bıçaqlayaraq qətlə yetirib. Hadisə bu gün saat 13.00 radələrində Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 9 ünvanında baş verib.

Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Batıxan oğlu Abdullayev doğma xalası, 1938-ci il təvəllüdlü Minayə Rüstəm qızı Rüstəmovanı yaşadığı mənzildə bıçaqlayıb. Çoxlu sayda ağır bıçaq zərbəsi alan 70 yaşlı M. Rüstəmova hadisə yerindəcə keçinib.

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S. Abdullayev saxlanılıb. İlkin ehtimala görə, hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR