Bank Of Baku

Lənkəran sakini avtomobil qəzasında ağır xəsarət alıb

Lənkəran sakini avtomobil qəzasında ağır xəsarət alıb
# 19 noyabr 2008 07:32 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1985-ci il təvəllüdlü Rəvan Ağamirzə oğlu Məhərrəmov idarə etdiyi “VAZ-2107” markalı 42 Bİ 181 dövlət nömrə nişanlı avtomobili 1968-ci il təvəllüdlü Təhsin Qurban oğlu Həsənovun idarə etdiyi “Nissan” markalı 10 RD 635 dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə vurub. Nəticədə “VAZ-2107”-nin sərnişini, 1987-ci il təvəllüdlü Emil Orucəli oğlu Rəsulov müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən APA-nın yerli bürosuna xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilib. İlkin versiya kimi yol-nəqliyyat qəzasına “VAZ-2107” markalı avtomobilin sürət həddini aşaraq hərəkəti tənzimləyə bilməməsinin səbəb olduğu göstərilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR