Bank Of Baku

Gəncədə baş verən yol qəzasında 3 yaşlı uşaq ölüb

Gəncədə baş verən yol qəzasında 3 yaşlı uşaq ölüb
# 19 noyabr 2008 07:49 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Ötən gün saat 18.00 radələrində Gəncə şəhərinin Təbriz və Rəfibəyli küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Əfqan Mehdiyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobilə 1975 –ci il təvəllüdlü Kərim Məhərrəmovun idarə etdiyi “Mersedes” markalı maşının toqquşması nəticəsində bir nəfər az yaşlı uşaq ölüb. Gəncə şəhər Polis İdarəsindən APA –nın qərb bürosuna verilən məlumata görə, “VAZ 2106” markalı maşında olan 3 yaşlı Rəsmiyyə Əfqan qızı Mehdiyeva hadisə yerindəcə keçinib. Sürücü Əfqan Mehdiyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin versiya kimi hadisəyə “VAZ 2106” markalı avtomobilin sürücüsünün qadağan edici nişanın tələbinə əməl etməyərək digər yola çıxmasının səbəb olduğu bildirilib. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayət işi açılıb araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR