Bank Of Baku

Türkiyədə sərnişin avtobusu aşıb, 2 azərbaycanlı ölüb, 13-ü yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 2 azərbaycanlı ölüb, 13-ü yaralanıb
# 19 noyabr 2008 07:59 (UTC +04:00)
APA-nın Gürcüstanın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 18-də səhər saat 7.00 radələrində İstanbuldan Tiflisə hərəkət edən, Türkiyənin «Mahmud-Tur» nəqliyyat kompaniyasına məxsus avtobus aşıb. Qəza nəticəsində 3 Gürcüstan vətəndaşı və Azərbaycan vətəndaşı Vaqif İsmayılov həlak olub. Ölən Gürcüstan vətəndaşları arasında Fatimə Əsgərova adlı soydaşımız da var.

Qəza nəticəsində avtobusda olan 34 sərnişin xəsarət alıb, onlardan 1-i Azərbaycan vətəndaşıdır. Xəsarət almış 28 Gürcüstan vətəndaşından isə 12-si azərbaycanlıdır. Onlardan 3-nün vəziyyəti ağırdır. Onlar Trabzon xəstəxanalarında yerləşdiriliblər. Yaralılar arasında 1 Ermənistan, 3 İsrail vətəndaşı da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR