Bank Of Baku

Sankt-Peterburqda 24 yaşlı azərbaycanlı öldürülüb

Sankt-Peterburqda 24 yaşlı azərbaycanlı öldürülüb
# 19 noyabr 2008 08:08 (UTC +04:00)
Sankt-Peterburq-APA. Sankt-Peterburq barlarından birində baş verən münaqişə 24 yaşlı soydaşımızın ölümü ilə nəticələnib. APA-nın “Komsomolskaya pravda” qəzetinə istinadən yaydığı məlumata görə, şəhər sakini Pavel Timofeyevlə bir neçə azərbaycanlı arasında dava düşüb. Azərbaycanlılar yerli sakinə bir neçə zərbə endirərək bardan qovublar. Bir dostu ilə yenidən bara qayıdan Pavel Timofeyev girişdə adı açıqlanmayan soydaşımızla rastlaşaraq ona dəyənəklə bir neçə zərbə endirib. Zərbələr nəticəsində soydaşımız dünyasını dəyişib. Faktla bağlı “bədənə ağır xəsarət yetirməklə qəsdən adam öldürmək” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR