Bank Of Baku

Azərbaycandan Avropa Məhkəməsinə daha iki şikayət göndərilib

Azərbaycandan Avropa Məhkəməsinə daha iki şikayət göndərilib
# 19 noyabr 2008 09:05 (UTC +04:00)
Bakı-APA. Azərbaycan məhkəmələrinə ünvanlanan informasiya sorğularına cavabdan imtina ilə bağlı ölkə məhkəmələrində “Azadlıq” qəzetinin müxbiri Aytən Məmmədova və hüquqşünas Elçin Sadıqov tərəfindən qaldırılan iki iş üzrə şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə APA-ya Hüquq Maarifçiliyi Cəmiyyətindən bildirib. Məlumata görə, A. Məmmədovanın şikayətində göstərilib ki, 2006-cı ilin noyabr ayında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və digərlərinin işi üzrə keçirilən məhkəmə proseslərinin stenoqram şəklində işıqlandırılmasına, “Azadlıq” qəzetinin əməkdaşlarının məhkəmə prosesində iştirakına qadağa qoyulub. Ərizəçi insan hüquqları üzrə Avropa Konvensiyası ilə təminat verilən ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və s. hüquqlarının pozulduğunu bildirib.
E. Sadıqov isə Ali Məhkəməyə informasiya sorğusu ilə müraciət etdiyini, sorğuda 2006-cı il ərzində Azərbaycan Ali Məhkəməsi tərəfindən informasiya əldə etmək azadlığı, fikir azadlığı, təhqir və böhtan iddiaları üzrə baxılan işlərlə əlaqədar çıxarılan məhkəmə qərarlarının ona göndərilməsini xahiş etdiyini, Ali Məhkəmənin sorğuya cavab vermədiyini bildirib. Şikayətdə göstərilib ki, bu iş üzrə Azərbaycan məhkəmələrinin qərarları ərizəçinin Avropa Konvensiya ilə təminat verilən ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququna müdaxilədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR