Bank Of Baku

İlhamə Quliyevanın oğlunun və daha 13 şəxsin işi üzrə məhkəmə prosesi təxirə salınıb

İlhamə Quliyevanın oğlunun və daha 13 şəxsin işi üzrə məhkəmə prosesi təxirə salınıb
# 19 noyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun övladları Mahir Mirsalamov və Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesə hakim Azər Orucov sədrlik edib. Hakim bildirib ki, təqsirləndirilən Həsən Həsənovun müdafiəsi üçün yeni vəkil təyin olunub. Buna qədər ittiham olunan şəxsin müdafiəsini təşkil edən vəkil isə işinin çoxluğunu əsas gətirərək, prosesdən uzaqlaşıb. H. Həsənovun yeni təyin olunan vəkili Çahangir Nəsirov cinayət işi ilə yaxından tanış olmaq üçün vəsatət qaldırıb və xahiş edib ki, bununla əlaqədar növbəti məhkəmə iclası noyabrın 28-ə qədər təxirə salınsın. Məhkəmə vəkilin vəsatətini təmin edərək məhkəmə iclasını noyabrın 27-ə qədər təxirə salıb. Qeyd edək ki, adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsində ittiham olunurlar. İttiham aktına əsasən onlar Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunurlar. Təqsirləndirilən şəxslər bu ilin mayında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR