Bank Of Baku

Moskva metrosunda içərisində silah-sursat olan paketdə Azərbaycanda doğulmuş qadına məxsus şəxsiyyət vəsiqəsi aşkarlanıb

Moskva metrosunda içərisində silah-sursat olan paketdə Azərbaycanda doğulmuş qadına məxsus şəxsiyyət vəsiqəsi aşkarlanıb
# 19 noyabr 2008 10:07 (UTC +04:00)
Moskva-APA. Moskva hüquq-mühafizə orqanları “Kurskaya” metro stansiyasının vestibülündə aşkarlanmış paketin sahibinin axtarışına başlayıb. APA-nın məlumatına görə, dünən stansiyada çalışan xadimə vestibüldəki zibil yeşiyindən şübhəli paket tapıb. Paketdə üç tapança, iki bıçaq və üç Qafqaz sakininə məxsus sənədlər olub. Tapıntı barədə dərhal milisə xəbər verilib. Paketə baxış keçirən milislər səsboğan qurğusu olan iki əldəqayırma tapança, kustar üsulla hazırlanmış revolver tapançası və iki bıçaq aşkarlayıblar. Bundan başqa paketdə Dağıstan sakininin adına xarici pasport, əmək kitabçası, başqa bir Dağıstan sakininə məxsus hərbi bilet və Azərbaycanda doğulmuş qadına məxsus şəxsiyyət vəsiqəsi olub. Hazırda sənədlərin sahiblərinin axtarışı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR