Bank Of Baku

Azərbaycanın Neftçala rayonunun sakini həyat yoldaşını odlu silahla qətlə yetirib

Azərbaycanın Neftçala rayonunun sakini həyat yoldaşını odlu silahla qətlə yetirib
# 19 noyabr 2008 10:15 (UTC +04:00)
Neftçala rayon Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumatda bildirilir ki, noyabrın 19-da saat 1.00 radələrində Neftçala rayonu Qaraqaşlı kənd sakini, 1957-ci il təvəllüdlü Abbasov Dilavər Mürsəl oğlu həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Tubu Müxtəsər qızını ov tüfəngi ilə qətlə yetirib. T. Abbasova aldığı güllə yarasından hadisə yerindəcə keçinib, D. Abbasov isə artıq həbs olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda cinayət işi açılıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR