Bank Of Baku

Azərbaycanın Bərdə rayonunda oğul anasını qətlə yetirib

Azərbaycanın Bərdə rayonunda oğul anasını qətlə yetirib
# 19 noyabr 2008 10:56 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən gün Bərdə sakini Ceyran Qiyasovanın ürək tutmasından keçindiyi xəbəri yayılıb. Lakin hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırmalardan sonra C. Qiyasovanın ürək tutmasından yox, küt alətdən aldığı zərbədən keçindiyi məlum olub. Hadisəni isə mərhumun öz övladı - Bərdə şəhəri, Nizami küçəsində yaşayan Hüseyn Abbasov tərəfindən törədildiyi üzə çıxıb. Artıq həbs olunmuş H. Abbasov anasını qətlə yetirdiyini etiraf edib. Qətlin motivləri hələlik açıqlanmır. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti H. Abbasovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində qeydiyyatda olduğu barədə məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR