Bank Of Baku

2 saylı Cəzaçəkmə Müəssisəsində Pekin Olimpiadasının qalibləri ilə görüş keçirilib

2 saylı Cəzaçəkmə Müəssisəsində Pekin Olimpiadasının qalibləri ilə görüş keçirilib
# 19 noyabr 2008 10:59 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbusların Pekin Olimpiadasının qalibləri ilə görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli, bürünc medalçılar Şahin İmanov və Mövlud Mirəliyev, həmçinin məhşur fotbolçu Ələkbər Məmmədov iştirak edib. Tədbiri giriş sözü ilə açan Penitensiar Xitmətin tərbiyə işinin təşkili şöbəsinin rəisi Azər Seyidov cəzaçəkmə müəssisələrində belə görüşlərin keçirilməsinin mütamadi hal aldığını vurğulayıb. Olimpiya çempionları ilə təşkil olunan görüşün məhbusların tərbiyə işinin təşkilində və maarifləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran A. Seyidov Azərbaycan ədliyyəsinin yaranmasının 90 illik yubileyi münasibəti ilə anoloji tədbirlərin davam etdiriləcəyini bildirib. O, yubileyin keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən xüsusi tədbirlər planının hazırlandığını qeyd edib. Daha sonra tədbirdə qonaqlar tərəfindən məhbuslara qiymətli hədiyyələr verilib. Məhbuslar arasında şahmat turniri keçirilib və qaliblərlərə diplomalar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR