Bank Of Baku

Azərbaycan paytaxtında özünə məxsus kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub

Azərbaycan paytaxtında özünə məxsus kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın tutulub
# 19 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında özünə məxsus kafedə əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən qadın həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsində yerləşən “Güzgü” kafesində əməliyyat keçirilib. Əməliyyat nəticəsində məlum olub ki, kafenin sahibi, 1963-cü il təvəllüdlü Meysab Dadaş qızı Sövbətova gəlir əldə etmək məqsədi ilə orada əxlaqsızlıq yuvası təşkil edib. Faktla əlaqədar M. Sövbətova artıq həbs edilib və təhqiqat aparılır.
Məlumatda həmçinin M. Sövbətovanın əvvəllər də məhkum olunduğu bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR