Bank Of Baku

Bakıda mal-qara oğurluğunda təqsirləndirilən şəxs həbs edilib

Bakıda mal-qara oğurluğunda təqsirləndirilən şəxs həbs edilib
# 19 noyabr 2008 11:23 (UTC +04:00)
Bakı. Hafiz heydərov –APA. Bakıda mal-qara oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini, 1976-cı il təvəlüdlü Ariz İdris oğlu Əliyev həbs edilib. O, bir neçə gün əvvəl öz həmyerlisi Eyvaz Məmmədova məxsus 13 baş qoyunu oğurlamaqda təqsirli bilinir. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR