Bank Of Baku

Bakıda Lerik sakininin maşınından heroin götürülüb

Bakıda Lerik sakininin maşınından heroin götürülüb
# 19 noyabr 2008 11:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində Lerik sakininin idarə etdiyi “Zil” markalı yük maşınından heroin götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, 1980-cı il təvəllüdlü Vüsal Mirzağa oğlu Həbibullayev şübhəli şəxs qismində saxlanılıb. Polis əməkdaşları onun idarə etdiyi “Zil” markalı, 43 BB 251 dövlət nömrə nişanlı maşına baxış keçirərkən maşının saxlanc yerindən 0.486 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR