Bank Of Baku

Bakıda soyğunçu dəstə zərərsizləşdirilib

Bakıda soyğunçu dəstə zərərsizləşdirilib
# 19 noyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda soyğunçuluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 7-də saat 20:30 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında 1970-ci il təvəllüdlü Əlləzov Rasim Qədir oğlunun taksi kimi idarə etdiyi “VAZ-21099” markalı, 10-MC-591 dövlət nömrə nişanlı maşına müştəri qismində əyləşən naməlum şəxslər sürücünü bıçaqla hədələyərək onun 20 manat pulunu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Əzizbəyov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən şəxslər - Şüvəlan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Murad İlham oğlu və Sabunçu rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirov Fərid Babaəli oğlu həbs ediliblər. Aparılan araşdırmalar nəticəsində onların oğurluq telefonu satdıqları şəxs də müəyyən olunub. Həmin şəxs - 1984-cü il təvəllüdlü Eynullayev Fariz Feyzulla oğlu saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərindən 1,251 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirləri nəticəsində həmçinin məlum olub ki, M. Məmmədov və F. Nəsirov oktyabrın 16-da Mərdəkan qəsəbə sakini, 1951-ci il təvəllüdlü Sadıqov Abbasqulu Ağabala oğlunun mənzilindən qapını sındırmaq yolu ilə oğurluq ediblər. Bundan başqa, onlar oktyabrın 25-də saat 20:00 radələrində metronun “Neftçilər” stansiyası yaxınlığında 1971-ci il təvəllüdlü Teymurov Seyran Əjdər oğlunun idarə etdiyi “Opel” markalı, 90-CS-560 dövlət nömrə nişanlı maşına sərnişin kimi əyləşərək Mərdəkan qəsəbəsində bıçaqla sürücüyə hədə-qorxu gəliblər və mobil telefonu ilə 4 manatını alaraq qaçıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR