Bank Of Baku

Suraxanı rayon Məhkəməsinin qarşısında naməlum kişi meyiti tapılıb

Suraxanı rayon Məhkəməsinin qarşısında naməlum kişi meyiti tapılıb
# 19 noyabr 2008 12:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Suraxanı rayon Məhkəməsinin qarşısında naməlum kişi meyiti tapılıb. Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 40-45 yaşlarında olan naməlum şəxsin meyiti bu gün yerli sakinlər tərəfindən rayon Məhkəməsinin qarşısında olan yarımtikilinin içərisəndə aşkar edilib. Meyitə ilkin baxış keçirilib və cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Tapılmış cəsəd müayinə olunmaq üçün tibbi ekspertizaya göndərilib. Hazırda rayon Prokurorluğunun istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəbləri və meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR