Bank Of Baku

Ermənilər Azərbaycan əsgərinin meyitini qaytarıblar

Ermənilər Azərbaycan əsgərinin meyitini qaytarıblar
# 19 noyabr 2008 12:19 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, meyitin qaytarılma prosesi bu gün saat 15.10 radələrində Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində qoşunların təmas xəttində baş tutub. Meyitin qaytarılmasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, noyabrın 16-da qoşunların təmas xəttində ermənilər atəşkəsi pozan vaxt döyüş növbəsi çəkən əsgər Şəmilov Orxan Fərhad oğlu düşməni susdurmağa çalışıb. Atışma bir neçə dəqiqə davam edəndən sonra əsgər atəş aça-aça düşmənə doğru irəliləyib. O, düşmənin iki əsgərini məhv edib, sonda isə özü həlak olub.

Düşmən öz hərbçilərinin meyitini aparsa da, O. Şəmilovun meyiti Ermənistan Silahlı Qüvvələrinin mövqelərinə yaxın ərazidə qalıb.

O. Şəmilov bu ilin aprelində Tərtər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR