Bank Of Baku

Bakı sakinlərindən külli miqdarda heroin götürülüb

Bakı sakinlərindən külli miqdarda heroin götürülüb
# 20 noyabr 2008 07:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakinlərindən külli miqdarda heroin götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən 2 nəfər həbs edilib. Saxlanılan şəxslər, 1984-cü il təvəllüdlü Fariz Eynullayevdən 1 kiloqram 214.8 qram, 1988-ci il təvəllüdlü Aslan Abıyevdən isə 52.687 qram heroin götürülüb. İlkin dindirilmə zamanı onlar narkotik vasitəni satış məqsədi ilə əldə etdiklərini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR