Bank Of Baku

Azərbaycan paytaxtında 25 yaşlı gənc qətlə yetirilib

Azərbaycan paytaxtında 25 yaşlı gənc qətlə yetirilib
# 20 noyabr 2008 08:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 25 yaşlı gənc qətlə yetirilib. Binəqədi Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə rayonun 1-ci Mədən adlanan ərazisində baş verib. Bu ərazidə yaşayan 1983-cü il təvəllüdlü Əvəz Ənvər oğlu Əzimov naməlum şəxslər tərəfindən bıçaqla öldürülüb.

25 yaşlı gəncin meyiti bu səhər yerli sakinlər tərəfindən yol kənarında tapılıb. Hazırda Rayon Polis İdarəsi əməkdaşları qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR