Bank Of Baku

Ombudsman Aparatı “Hüquqlar hamı üçün!” və “Mən və mənim hüquqlarım” mövzularında iki müsabiqə keçirəcək

Ombudsman Aparatı “Hüquqlar hamı üçün!” və “Mən və mənim hüquqlarım” mövzularında iki müsabiqə keçirəcək
# 20 noyabr 2008 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ombudsman Aparatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi ilə birgə 10 dekabr – Beynəlxalq İnsan hüquqları günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi münasibətilə iki müsabiqə keçirəcək. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazılarının müsabiqəsi üçün yazılar dekabrın 1-dək Ombudsman Aparatına təqdim edilməlidir.
“Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin müsabiqəsində isə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər. Qeyd olunub ki, müsabiqə iştirakçıları rəsmlərin müsabiqənin mövzusuna uyğun olmasına, BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə öz əksini tapmasına diqqət yetirməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR