Bank Of Baku

“Akkord”un mərkəzi ofisində yanğın olub

“Akkord”un mərkəzi ofisində yanğın olub
# 20 noyabr 2008 11:00 (UTC +04:00)
Bu barədə APA-ya “Akkord” İnşaat-Sənaye ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva bildirib. Məlumata görə, ofisin nəzarət xidmətinin əməkdaşları hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Yarım saat ərzində yanğın söndürülüb. Yanğın nəticəsində 200 kvadratmetr zirzəminin 110 kvadratmetr ərazisi yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Zirzəmidən başqa digər mərtəbələrdə yerlışən şöbələrə heç bir ziyan dəyməyib.

Hazırda hadisə yerində Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları araşdırma aparırlar. Yanğının vurduğu zərərin məbləği hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR