Bank Of Baku

Ramil Usubov daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycanın yüksək dövlət mükafatlarını təqdim edib

Ramil Usubov daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycanın yüksək dövlət mükafatlarını təqdim edib
# 21 noyabr 2008 12:06 (UTC +04:00)
Bakı-APA. Bu gün Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının bir qrup əməkdaşına Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarının təqdim olunmasına həsr olunan mərasim keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimi giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq Azərbaycan Polisinin 90 illik yubileyi ərəfəsində prezident İlham Əliyevin sərəncamları ilə ölkənin suverenliyinin, ərazi bütövlüyünün qorunmasında, ictimai qayda və ictimai təhlükəsizliyin təminində, cinayətkarlıqla mübarizədə fərqlənən bir qrup əməkdaşın yüksək dövlət mükafatlarına layiq görüldüyünü xatırladıb. Nazir tədbirin dövlət başçısının tapşırığına əsasən keçirildiyini vurğulayıb. Daha sonra DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Novruz Novruzov nazirliyə dəvət olunan daxili işlər orqanları əməkdaşlarının siyahısını elan edib. Nazir Ramil Usubov təltif olunanlara orden və medalları, eləcə də fərqlənmə nişanlarını və vəsiqələrini təqdim edib. Nazir təltif olunanları ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və öz adından təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR