Bank Of Baku

Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyində yığıncaq keçirilib

Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyində yığıncaq keçirilib
# 21 noyabr 2008 15:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibəti ilə Ədliyyə Nazirliyində təntənəli yığıncaq keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycan ədliyyəsinin keçdiyi tarixi inkişaf yolundan, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızın ədliyyə və məhkəmə sahəsində həyata keçirilən islahatlardan danışıb. F. Məmmədov yubiley günlərində ölkə başçısı tərəfindən nazirliyin rəsmi embleminin, Ədliyyə Akademiyası Nizamnaməsinin və Penitensiar Xidmətin Mühafizə Alayının bayrağının təsdiq olunduğunu və bir qrup ədliyyə işçisinin və hakimlərin dövlət təltiflərinə layiq görüldüyünü bildirib. Tədbir çərçivəsində ədliyyə nazirinin əmrinə əsasən bir sıra işçilərə ilkin və yüksək rütbələr verilib, müsabiqə əsasında müvəfəqiyyət qazanmış bir qrup gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunub, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən namizədlərə şəhadətnamələr verilib, fəaliyyətində fəqrlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Yığıncağın sonunda Azərbaycan prezidentinə müraciət qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR