Bank Of Baku

Nərimanov rayon prokurorunun sürücüsü idarə etdiyi avtomobillə piyadanı vurub

Nərimanov rayon prokurorunun sürücüsü idarə etdiyi avtomobillə piyadanı vurub
# 21 noyabr 2008 16:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərinin Nərimanov rayon prokurorunun sürücüsü idarə etdiyi avtomobillə Sumqayıt sakinini vurub. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba magistral yolunda, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. Bakı şəhərinin Nərimanov rayon prokurorunun sürücüsü Mikayıl Ağayev idarə etdiyi “Toyota” markalı, 10 AZ 049 dövlət nömrə nişanlı maşınla qəsəbə sakini, 1963-cü il təvəllüdlü Maarif Nuriyevi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR