Bank Of Baku

Samux rayonunda partlamamış aviasiya bombaları aşkarlanıb

Samux rayonunda partlamamış aviasiya bombaları aşkarlanıb
# 22 noyabr 2008 07:15 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı-APA. Samux rayonunun Qırmızı Samux kəndi ərazisində 4 ədəd aviasiya bombası aşkarlanıb. Bu barədə APA-nın qərb bürosuna Samux rayon Polis Şöbəsinin rəis müavini Bahadur Şükürov bildirib. Məlumata görə, bombaların hər birinin çəkisi 250 kiloqramdır. Partlamamış hərbi sursatların tapıldığı ərazinin SSRİ dönəmində poliqon kimi istifadə olunduğu, bombaların həmin vaxtdan orada qaldığı ehtimal edilir. Bombaların zərərsizləşdirilməsi üçün əraziyə ANAMA-nın mütəxəssisləri dəvət olunub. Ərazi Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR