Bank Of Baku

Soyğunçuluqda təqsirləndirilən Lənkəran sakini tutulub

Soyğunçuluqda təqsirləndirilən Lənkəran sakini tutulub
# 22 noyabr 2008 08:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda soyğunçuluqda təqsirləndirilən rayon sakini həbs edilib. Bu barədə APA-nın cənub bürosuna Lənkəran şəhər Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov məlumat verib. Onun sözlərinə görə, rayonun Bəliton kənd sakini Xanağa Yəhya oğlu Ağayev Lənkəran Polis Şöbəsinə ərizə ilə müraciət dərək tanımadığı şəxs tərəfindən 65 manat məbləğində pulunun oğurlandığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, X. Ağayev idarə etdiyi “VAZ-2106” markalı şəxsi avtomobili ilə rayonun Girdəni kəndi ərazisindən keçərkən onun maşınına sərnişin kimi minən kənd sakini, 1972-ci il təvəllüdlü Səadət İdris oğlu Kərimov 65 manat pulunu oğurlayaraq qaçıb. Təqsirləndirilən S. Kərimov ilkin dindirmə zamanı törətdiyi əməli etiraf edərək ehtiyacdan bunu etdiyini deyib. Onun uzun müddət narkotik vasitələrin istifadəçisi olduğu faktı da üzə çıxıb. Məlumata görə, bu şəxs yaşadığı ərazidə vətəndaşların etibarını qazanaraq bir neçə rayon sakinini aldatmağa nail olub. Faktla bağlı Lənkəran Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR