Bank Of Baku

Özünü bıçaqlayaraq 3-cü mərtəbədən atan Sumqayıt sakini sağ qalıb

Özünü bıçaqlayaraq 3-cü mərtəbədən atan Sumqayıt sakini sağ qalıb
# 22 noyabr 2008 08:49 (UTC +04:00)
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhər ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Vahab Mirzəyev yaşadığı evdə özünü bıçaqlayıb. Daha sonra o, yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Təcilli olaraq xəstəxanaya çatdırılan V. Mirzəyevin üzərində əməliyyat aparılıb. Həkimlərin səyi nəticəsində onu yenidən həyatını xilas etmək mümkün olub. İlkin ehtimala görə, V. Mirzəyevin intihar etməsinə ailə daxili münaqişə səbəb olub. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR