Bank Of Baku

28 May metrostansiyasında soyğunçuluq hadisəsi baş verib

28 May metrostansiyasında soyğunçuluq hadisəsi baş verib
# 22 noyabr 2008 09:17 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. 28 May metrostansiyasında soyğunçuluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Günəşli qəsəbəsinin sakini, 1984-cü il təvəllüdlü Könül Cavanşir qızı Bədəlova metroda naməlum şəxsin basqısına məruz qalıb. Naməlum şəxs onun telefonunu və pulunu əlindən alaraq hadisə yerindən qaçıb. BŞBPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törədən, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Müqavil Teymur oğlu Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR